SEO Mütəxəssisi & Nəticə Yönümlü SEO Xidməti

Nəticə yönümlü SEO mütəxəssisi olaraq markanıza real nəticələr gətirən SEO xidməti təklif edirəm. Müştərilərimin vaxtını və resurslarını ən yaxşı şəkildə dəyərləndirərək SEO xidmətindən maksimum fayda almaqlarını təmin edirəm.
YERLİ & XARİCİ
70+ MARKA ILƏ TƏCRÜBƏ

Göstərdiyim xidmətlər:

Xidmət göstərdiyim şirkətlərə yalnız tətbiq oluna bilən, real nəticə gətirən həllər təklif edirəm.

SEO Xidməti

Markanız Google axtarış nəticələrində ilk sıralarda görünmür? O zaman sizə SEO xidməti lazımdır.

SEO konsultasiya

Markanız üçün qısa zamanda yaxşı nəticələr gətirən SEO strategiyası lazımdır? SEO konsultasiya almağı düşünməlisiniz.

SEO audit

Web saytınızdakı SEO problemləri haqqında detallı məlumat və yol xəritəsi almaq istəyirsiniz? SEO audit xidmətindənf aydalanın.

SEO xidmətimin üstünlükləri

Premium WordPress Hizmetleri
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Hədəf Açar Sözlərdə Sıralama
SEO xidmətim markanızın hədəf açar sözlərdə Google axtarış nəticələrində ilk sıralarda görünməsini təmin edir.
Sayt Trafiki Artımı
Siz SEO xidmətimdən faydalanmaqla saytınızın orqanik (təbii) trafikinin artırılmasını təmin edə bilərsiniz.
Satışlarda Artım
SEO xidmətimin ən böyük üstünlüklərindən biri də, markanız üçün vacib olan məhsul və xidmətlərin satışını artırmasıdır.
Ziba Valehova – “A-Medical”
Ismayil is the mastermind behind my website’s exponential growth. In just 6 months, he boosted total impressions from almost 0 to a staggering 1.74 million!

SEO-dan qısa zamanda fayda görmək istəyirsiniz?

Adətən SEO-dan 100% nəticə görmək üçün 6-12 ay gözləmək lazımdır. Lakin hər marka sahibinin əlindəki qaynaqlar və ya arzuları 6-12 aylıq müddət üçün yetərli olmaya bilir. Bu halda, qısa zamanda nəticə gətirə biləcək SEO həlləri ilə markanın hədəflərinin müəyyən bir hissəsini qarşılamaq mümkündür. Düzdür, hər bir halda SEO zaman tələb edir. Lakin bu o demək deyildir ki, qısa zamanda SEO-dan nəticə əldə etmək olmaz. SEO xidmətimdən faydalanaraq markanız üçün qısa müddətdə SEO nəticələri əldə edə bilərsiniz.

SEO xidmətim nə ilə fərqlənir?

SEO sahəsində fəaliyyət göstərdiyim illər boyunca bir çox sahədən bir çox fərqli müştəri ilə işləmək şansı əldə etmişəm. Bu müddət ərzində SEO həlləri təcrübə etmək ilə yanaşı markaların SEO-ya olan yanaşmalarını və SEO gözləntilərini təhlil etmişəm. SEO xidmətimin xüsusiyyətləri də məhz təcrübələrimin və təhlilimin nəticəsindən əldə olunan xüsusiyyətlərdir.
Şəffaf kommunikasiya
Nəticə yönümlü SEO addımları
Satışı hədəfləyən SEO həlləri

E-Commerce SEO

Elektron ticarət saytları üçün SEO, markanın rəqəmsal marketinq strategiyasının vacib bir hissəsini təşkil edir. Satış yönümlü SEO xidməti ilə markaların sayt vasitəsilə məhsul və xidmətlərini satmasını təmin edirəm.
Satışlarda artım
Sektordakı əsas açar sözlərdə yüksək sıralama
Marka populyarlığını artırma

WordPress SEO

Dünyada ən çox istifadə olunan CMS-lər sırasında 1-ci yerdə WordPress gəlir. Digər saytlarda olduğu kimi, WordPress saytlar üçün SEO olduqca vacibdir. WordPress SEO xidmətim ilə WordPress saytların SEO optimizasiyasını həyata keçirdirəm.
Texniki SEO problemlərinin həlli
Səhifə daxili optimizasiya
Sayt sürətinin artırılması

Shopify SEO

Qlobal elektron ticarət markaları üçün ən populyar CMS-lər arasında ilk sıralarda Shopify gəlir. Shopify ilə yaradılan mağazaların saytlarında doğru SEO optimizasiya aparmaq olduqca vacibdir. Bu sayədə marka kateqoriya və məhsul səhifələri ilə Google axtarış nəticələrində ilk sıralarda çıxa bilər və satışlarını artıra bilər. Shopify SEO xidməti üçün müraciət edə bilərsiniz.
Məhsul və kateqoriyalar üzrə axtarış nəticələrində yüksək sıralama
Güclü səhifə daxili optimizasiya
Sayt dizaynının yaxşılaşdırılması

İkas SEO

Son illərdə elektron ticarət mağazaları üçün populyar olan CMS-lərdən biri İkas-dır. Xüsusilə Türkiyə bazarında fəaliyyət göstərən böyük markaların İkas SEO optimizasiyasını həyata keçirmişəm. İkas SEO xidməti ilə elektron ticarət mağazanızın satış və dönüşüm nisbətlərini artırmaq və hədəf açar sözlərdə Google axtarış nəticələrində yüksək sıralamalar əldə etmək üçün müraciət edin.
Hədəf açar sözlərdə sıralama
Güclü sayt strukturu
Satışlarda artım

SEO Xidmeti Qiymeti

SEO xidmeti qiymeti 500-2500 AZN aralığında dəyişir. SEO xidməti qiymətini müəyyən edən əsas faktorlar hədəflənən açar sözlər üzrə mövcud rəqabət, saytın həcmi, markanın hədəfləri və mütəxəssisin təcrübəsidir. Markanız üçün SEO xidməti qiyməti təklifi almaq üçün müraciət edə bilərsiniz.

SEO Kursu

SEO kursu ilə SEO-nu A-dan Z-yə öyrənmək mümkündür. Təəssüf ki, hazırda SEO kursu keçmirəm.